Xəbərlər
7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibəti ilə tədbir keçirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin təşkilatçılığı ilə ilk təşkilatlarda 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibəti ilə tədbirlər keçirilmişdir. Tədbirlərdə ETİHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov,müəsissə rəhbərləri və təhsil işçiləri iştirak etmişlər.23 sentyabr 2026-cı il tarixdə Oğuz rayon Əsabəli Abdulhüseyinov adına Sincan kənd tam orta və Oğuz rayon Əmrah Nəbiyev adına Tərkəş kən tam orta,ümumtəhsil məktəblərində, 25 sentyabr 2026-cı il tarixdə Oğuz rayon Arzu Əliyev adına Padar kənd tam orta ümumtəhsil məktəbində, 01oktyabr 2026-cı il tarixdə Oğuz rayon Xaçmaz kənd Mirzə Fətəli Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilmişdir.
Tədbirdə Elm və Təhsil İşçiləri Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov cıxış edərək 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü ilə bağlı iştirakçıları təbrik etmiş, geniş və ətraflı məlumat vermişdir.Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən elan olunduğunu söyləyir.Daha sonra qeyd olunub ki, aparılan işlərin əsas məqsədi işə götürənlə işçi arasında münasibətlərin düzgün nizamlanmasıdır. Eyni zamanda aşağıda qeyd olunan məsələlər barəsində də ittifaq üzvlərinə məlumatlar verilmişdir.
Məcburi əmək və məcburi əməyin qarşısnın alınması.
Yetginlik yaşına catmayanların gecə əməyinə cəlb olunması
Əmək fıaliyyəti ilə məşğul olmaq üçün minimum yaş həddi,uşaq əməyinin yol verilməməzliiyi
İşə qəbul və işdən azad olunan zaman ailə vəziyyətinə görə ayrı-seçkiliyin qarşısının almaq
Ailə öhdəliklərinin bölüşdürülməsi.
Qeyd olunan məsələr və əlaqədar müəsissə rəhbərləri cıxış edərək belə halların öz müəsissələrində baş vermədiyini və gələcəkdə də bu məsələləri diqqət mərkəzində saxlayacaqlarını qeyd ediblər.









