Xəbərlər
7 Oktyabr- Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilmişdir.

7 Oktyabr 2025-ci il tarıxində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsində 7 oktyabr- Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə ETİHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov və ilk həmkarlar təşkilatının sədrləri iştirak etmişlər.ETİHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov çıxış edərək 7 oktyabr- Ümumdünya Layiqli Əmək Günü ilə bağlı geniş və ətraflı məlumat vermişdir.Bu günün keçirilməsi ilk dəfə olaraq 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən elan olunduğunu söyləyib.
Daha sonra qeyd olunub ki,aparılan işlərdə əsas məqsəd hər kəsin Layiqli Əmək hüququnun qorunmasıdır. Tədbirdə çıxış edənlər Oğuz rayon Əmrah Nəbiyev adına Tərkeş kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ceyhun Məcidov və Arzu Əliyev adına Padar kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar təşkilatının sədri Sərxan Vəliyev Layiqli Əməyin mahiyyəti və iş yerlərində tətbiqi ilə bağlı iştirakçılara məlumat vermiş,bu gün münasibəti ilə hamını təbrik etmişlər.






