Xəbərlər
7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə maarifləndirici tədbir keçirildi.

Ümumdünya Layiqli Əmək Günü münasibətilə Hacıqabul şəhəri İlqar Ələkbərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə məktəb rəhbərliyi və pedaqoji kollektiv,ETİHİ Hacıqabul Rayon Komitəsinin əməkdaşları iştirak etdilər.
Tədbirdə ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri geniş məruzə ilə çıxış etdi. Komitə sədri öz çıxışında əsasən qanunvericiliyin aşağıdakı mühüm aspektlərinə toxundu:
Uşaq əməyinin yolverilməzliyi və minimum yaş həddi: Sədr vurğuladı ki, uşaqların sağlamlığına, təhlükəsizliyinə və mənəvi inkişafına zərər vura biləcək işlərə cəlb olunmasının qarşısının alınması qanunvericiliyin ən sərt tələblərindən biridir və rayon
ərazisində bu hallara qarşı tam barışmaz mövqe nümayiş etdirilir.
Yetkinlik yaşına çatmayanların təhsil hüquqlarının qorunması: Qeyd olundu ki, təhsil alan yeniyetmələr hər hansı bir əmək fəaliyyətinə cəlb olunarsa, onların təhsil hüququ heç bir halda məhdudlaşdırıla bilməz, daxili nizam-intizam dərslərə mane olmayacaq şəkildə qurulmalıdır.
Ailə öhdəliklərinin bölüşdürülməsi və kişi işçilərin hüquqları: Komitə sədri əmək kollektivində gender bərabərliyinə toxunaraq, kişi işçilərin öz sosial hüquqları, xüsusilə də qanunvericilikdə təsbit edilmiş atalıq məzuniyyəti hüququ barədə
məlumatlandırılmasının və bu hüquqlardan aktiv istifadə etmələrinin vacibliyini diqqətə çatdırdı.
Daha sonra tədbirdə işəgötürən qismində çıxış edən müəssisə rəhbəri Nəsibova Qəndab Əmrah qızı kollektiv qarşısında çıxış edərək idarəetmə prinsiplərinə toxundu. İşəgötürən öz çıxışında xüsusi olaraq qeyd etmişdir ki, rəhbərlik etdiyi müəssisədə işə qəbul, vəzifədə irəli çəkilmə , əmək şəraitinin dəyişdirilməsi və işdən azad edilmə zamanı işçilərin ailə vəziyyətinə görə hər hansı bir ayrı-seçkiliyinə yol verilməsi qətiyyən yolverilməzdir. Müəssisə daxilində bütün qərarların obyektivlik və bərabərlik prinsipləri əsasında qəbul edildiyini bildirən rəhbər, hər bir əməkdaşın sosial durumundan və ailə vəziyyətindən asılı olmayaraq eyni hüquqlara sahib olduğunu və layiqi əmək şəraitinin tam təmin edildiyini vurğuladı.
Çıxışlar kollektiv tərəfindən yüksək rəğbətlə qarşılandı, müəssisədə mövcud olan sağlam iş mühitinin və əməkdaşlığın nizamnamə qaydalarına uyğun olaraq gələcəkdə də eyni ardıcıllıqla qorunub saxlanılması qərara alınmışdır. Tədbir qarşılıqlı anlaşma şəraitində yekunlaşdı.







