Xəbərlər
7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü qeyd edilib.

ETİHİ Şəki Şəhər Komitəsinin xidmətində olan əksər təhsil müəssisələrində o cümlədən, 11 nömrəli tam orta ümumtəhsil məktəbdə ittifaq üzvləri ilə birlikdə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev,məktəbin rəhbərliyi və pedaqoji kollektiv iştirak ediblər.
Əvvəlcə Komitə sədri məktəbdə həm şagirdlər, həm də təhsil işçiləri üçün yaradılan şəraitlə tanış olub,öz təlimat və tövsiyələrini verib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan dəyirmi masada Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər,Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev 11nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Ədalət Sədiyeva və məktəbin müəllimi Gülbəniz Əhmədova əmək hüquqlarının qorunması, işçilərin sosial rifahının təmin olunması, layiqli əməyin təşviqi istiqamətində görülən işlərdən danışıblar. Qeyd olunub ki, dövlət tərəfindən əməkdaşların sosial müdafiəsinə, təhsil işçilərinin rifahının yüksəldilməsinə xüsusi diqqət yetirilir











