Xəbərlər
70 illik yubiley münasibəti ilə təbrik edirik!
14/04/2026, 15:16

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi ali təhsilin inkişafında uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətini, kollektivin xüsusi hörmətini qazanmasını, yüksək mənəvi keyfiyyətlərini, gənc nəslin təlim-tərbiyəsindəki uğurlarını və anadan olmasının 70 illik yubileyini nəzərə alaraq Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Nəsirov Novruz Baba oğlunu Fəxri Fərmanla təltif edib.




