“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

77 nömrəli körpələr evi - uşaq bağçasında maarifləndirici tədbir keçirilib

03/02/2026, 17:51
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 77 nömrəli körpələr evi-uşaq bağçasında İttifaq üzvləri ilə maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin hüquq və vəzifələri, sosial təminat mexanizmləri və əmək münasibətlərində qorunan hüquqlar haqqında ətraflı məlumat verilib. İştirakçılar ittifaq haqqında bilmədikləri bir çox məqamı öyrənmiş, suallar verərək praktiki cavablar almışlar.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi belə tədbirləri davam etdirəcək və üzvlərin hüquqlarının daha yaxşı qorunması istiqamətində fəaliyyətini gücləndirəcəkdir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: