Xəbərlər
78 nömrəli körpələr evi-uşaq bağçası Quba rayonuna səfər edib
20/08/2026, 14:15

ETİHİ Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə 78 nömrəli körpələr evi-uşaq bağçasında çalışan Həmkarlar İttifaqı üzvləri üçün Quba rayonuna maraqlı və yaddaqalan səfər təşkil edilib.
Səfər çərçivəsində ittifaq üzvləri Qubanın füsunkar təbiəti və gözəl mənzərələri ilə yaxından tanış olub, rayonun müxtəlif görməli və maraqlı məkanlarını ziyarət ediblər. Səfər iştirakçıları üçün təşkil olunan bu istirahət günü xoş əhval-ruhiyyə, səmimi ünsiyyət və zəngin təəssüratlarla yadda qalıb.
Kollektiv üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildiriblər.



