“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

78 yaşı tamam olan təqaüdçünun doğum günü qeyd edilib

17/04/2026, 11:29
xeber1

ETİHİ Neftçala rayon Komitəsi “Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə Neftçala rayonu Vüqar Soltanov adına Kürkənd kənd ümumi orta ümumtəhsil məktəbin təqaüddə olan rus dili müəllimi Yusifova Gülçimən Heydər qızını ziyarət etdi.

Görüş zamanı Bankə qəsəbəsində yaşayan təqaüdçü müəllim şərəfli və zəngin əmək fəaliyyətindən danışılıb, onun gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər yüksək dəyərləndirilib. Gülçimən müəllimə Komitə tərəfindən gül dəstələri , fəxri fərman və mükafat təqdim olunub.

“Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyevanın, keçmiş həmkarlarının və şagirdlərinin görüşə qatılması Gülçimən müəllimə olduqca sevindirici və duyğulu anlar yaşatdı. Səmimi söhbət zamanı ötən illər xatırlandı, müəllimlik peşəsinin şərəfi və məsuliyyəti haqqında fikirlər bölüşüldü.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: