Xəbərlər
8 Mart – Beynəlxalq Qadınlar Günü.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi üzv təşkilatlarında çalışan təhsil müəssisələrinin müəllimləri üçün 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.
Tədbir ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra tədbir bayram əhval-ruhiyyəsində davam etdirildi, qadınların cəmiyyətimizdəki rolu, təhsil sahəsində göstərdikləri fədakar xidmətlər haqqında çıxışlar edildi.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədəd Zeynalov, rayonun məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak etdilər.Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, eyni zamanda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə təhsil işçiləri adından dərin təşəkkür bildirildi. Qeyd olundu ki, ölkəmizdə təhsilə, mədəniyyətə və digər sahələrə göstərilən diqqət və qayğı daha da artır, bu sahələrdə əldə olunan nailiyyətlər isə açıq şəkildə özünü göstərir.










