“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart Beynəlxalq Qadınlar Günü Lənkəran Dövlət Universitetində qeyd edilib..!

10/03/2026, 18:46
xeber1

Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun universitetin və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin xanım əməkdaşlarına və tələbələrinə bayram təbrikini LDU-nun sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov təqdim edib. Təbrikdə 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğu qeyd edilib, onlara minnətdarlıq bildirilib, xoş bayram arzuları çatdırılıb.

Sonra LDU-nun  ictimai həyatında yaxından iştirak edən, fəallıqları ilə seçilən qadın əməkdaşların bir qrupuna universitet rəhbərliyi tərəfindən hədiyyə, tədbirdə iştirak edən bütün xanımlara çiçəklər təqdim edilib.

Şux mahnı və rəqslərdən ibarət konsert proqramı bayrama xoş ovqat qatıb, iştirakçılara bayram əhval-ruhiyyəsi və sevinc bəxş edib.

Qeyd edək ki, 8 Mart Qadınlar Günü münasibəti ilə LDU-da çalışan bütün xanım əməkdaşlara pul mükafatları verilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: