Xəbərlər
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bağçalarda çalışan üzvlərimizi təbrik etdik.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan körpələr evi–uşaq bağçalarının kollektivləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi şəkildə təbrik olunmuşdur. Bu əlamətdar gün münasibətilə bağçalarda çalışan fədakar və zəhmətkeş xanımlara onların cəmiyyətimizdə, xüsusilə də gələcək nəslin tərbiyəsində göstərdikləri böyük xidmətlərə görə dərin minnətdarlıq ifadə edilmişdir.Görüş zamanı qeyd olunmuşdur ki, körpələr evi–uşaq bağçalarında çalışan qadınlar öz səbrləri, qayğıkeşlikləri və yüksək məsuliyyət hissləri ilə balaca fidanların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsində mühüm rol oynayırlar. Onların gündəlik əməyi gələcəyimizin təminatı olan uşaqların düzgün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı, vətəninə layiqli vətəndaş kimi yetişməsinə böyük töhfə verir. Bayram münasibətilə kollektivin hər bir üzvünə Elm və Təhsil işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev in səmimi təbrikləri çatdırıldı, onlara uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik arzulanmışdır. Eyni zamanda onların məsuliyyətli və şərəfli fəaliyyətlərində daim uğurlar qazanacaqlarına inam ifadə olunmuşdur.Qeyd olunmuşdur ki, Elm və təhsil işçiləri Həmkarlar İttifaqı hər zaman təhsil işçilərinin, o cümlədən məktəbəqədər təhsil müəssisələrində çalışan əməkdaşların sosial rifahının yaxşılaşdırılmasına, onların əməyinin qiymətləndirilməsinə və problemlərinin həllinə xüsusi diqqət göstərir. Sonda bir daha bütün xanımlar 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilmiş, onlara həyatlarında sevinc, işlərində isə yeni-yeni nailiyyətlər arzu olunmuşdur.

















