Xəbərlər
8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Musiqi Akademiyasında tədbir keçirildi.
12/03/2026, 10:10

6 mart 2026-cı ildə Bakı Musiqi Akademiyasında Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Qafulov çıxış edərək ictimai həyatda və əmək fəaliyyətində fərqlənən bir qrup qadın əməkdaşları bayram münasibətilə təbrik etdi və onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladılar. Tədbirin sonunda fərqlənən qadın ittifaq üzvlərinə güllər və hədiyyələr təqdim edildi.







