“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi tərəfindən tədbir təşkil olunub

10/03/2026, 12:16
xeber1

06 mart 2026-cı il tarixində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi tərəfindən tədbir təşkil olunub. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsi çıxış edərək bütün xanımları bu əlamətdar bayram münasibətilə səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, qadınlar cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də böyük fədakarlıq və məsuliyyətlə çalışır, gənc nəslin yetişdirilməsində mühüm rol oynayırlar. Tədbir çərçivəsində təhsil sahəsində səmərəli fəaliyyət göstərən bir qrup təhsil işçisi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Bayram münasibətilə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində çay və tort süfrələri təşkil olunub, xanım müəllimlərə və təhsil işçilərinə bayram təbrikləri çatdırılıb. Tədbir səmimi və xoş ovqat şəraitində keçirilib və iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: