Xəbərlər
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları Yevlax Rayon Nərimanabad kənd tam orta ümumtəhsil məktəbində kollektivlə görüş keçirib.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları Yevlax Rayon Nərimanabad kənd tam orta ümumtəhsil məktəbində kollektivlə görüş keçirib.
Görüş zamanı ETİHİ Yevlax Şəhər Komitəsinin sədri və əməkdaşı və məktəb rəhbərliyi məktəbin bütün qadın işçilərini təbrik edib , xoş arzularını çatdırıb.
Bir neçə təhsil işçisi , eləcə məktəbin işçisi şəhid anası Cabbarova Ülviyyə xanım Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar, kollektivə tort hədiyyə edilib, xatirə şəkilləri çəkilib.
Məktəbin ilk həmkarlar ittifaqı sədri Babayeva Mətanət şəhid anasına hədiyyəsini təqdim edib.
Məktəb kollektivi göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təəşəkkür etdiklərini bildiriblər.
















