“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ Şamaxı Rayon Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib

08/03/2026, 18:08
xeber1

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən bayram tədbiri təşkil olunub. Tədbirdə rayonun təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də şəhid anaları iştirak ediblər.ETİHİ Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov qadınların cəmiyyətin bütün sahələrində, xüsusilə də təhsil sistemində göstərdikləri fədakar əməyin yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxış edərək qadınların cəmiyyətin inkişafında əvəzsiz rol oynadığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan dövləti tərəfindən qadınların hüquqlarının qorunması, onların sosial rifahının yüksəldilməsi və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması daim diqqət mərkəzində saxlanılır. Tural Qasımlı qadınları bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Şamaxı rayon Təhsil sektorunun müdiri Məsud Babayev də çıxış edərək təhsil sahəsində çalışan qadınların fədakar əməyindən danışıb. O bildirib ki, müəllimlər cəmiyyətin formalaşmasında mühüm rol oynayır və xüsusilə qadın müəllimlər gələcək nəslin vətənpərvər ruhda yetişməsində böyük xidmətlər göstərirlər.

Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyət göstərən müəllimlərə, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrlərinə, həmçinin şəhid analarına ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub. Təqdimat mərasimi iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.

Bayram tədbiri iştirakçılar üçün xoş ovqat yaradıb və qadınların cəmiyyətdəki rolunun bir daha vurğulanması ilə yadda qalıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: