Xəbərlər
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi , Mehtiyeva Şərafət İbrahim qızının evini və şəhid İsmayılov Kamran Vaqif oğlunun məzarını ziyarət ediblər.

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi ,
Mehtiyeva Şərafət İbrahim qızının evini və şəhid İsmayılov Kamran Vaqif oğlunun məzarını ziyarət ediblər.
Ziyarət zamanı Şərafət müəllimə şəhidin vətənin azadlığı uğrunda göstərdiyi igidliklərindən danışaraq xatirələrini bölüşüb.
Sonda Şərafət müəlliməyə ETİHİ Yevlax Şəhər Komitəsi tərəfindən Təhsildə göstərdiyi səmərəli fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə təqdim edilib , xatirə şəkli çəkilib.
İsmayılov Kamran Vaqif oğlunun anası Şərafət anaya, müəlliməyə və Vaqif ataya Allahdan səbr diləyirik.
Allah bütün Şəhidlərimizə rəhmət etsin.











