Xəbərlər
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüş keçirib.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüş keçirib.
Görüş zamanı ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları , məktəb rəhbərliyi və kollektivi bütün qadın həmkarlarını təbrik edərək xoş arzularını bildirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini səsləndiriblər.
Bir neçə ittifaq üzvləri hədiyyə və Fəxri fərmanla mükafatlandırılıb , kollektivə tort hədiyyə edilib.













