Xəbərlər
8 mart "Beynəlxalq Qadınlar Günü" münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsi Mərkəzi Aran Regional Təhsil İdarəsinin qadın əməkdaşları ilə görüş keçirib.

8 mart "Beynəlxalq Qadınlar Günü" münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsi Mərkəzi Aran Regional Təhsil İdarəsinin qadın əməkdaşları ilə görüş keçirib.
Görüş zamanı ETİHİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova, MARTİ -nin ilk həmkarlar ittifaqı təşkilatı sədri Məmmədalı Əhmədov idarənin qadın əməkdaşlarını təbrik edib, xoş arzularını çatdırıblar. Sonda ittifaq üzvlərinə qızılgül hədiyyə edilib, kollektivə tort təqdim edilib, idarənin bir neçə işçisi Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıblar və xatirə şəkilləri çəkilib.
Göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ Respublika Komitəsinə təşəkkür edirik.



















