“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Laçın rayon məktəblərinin xanım təhsil işçiləri təbrik olunub

07/03/2025, 18:30
xeber1

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi tərəfindən rayonun ümumtəhsil müəssisələrində çalışan xanım təhsil işçiləri ilə silsilə görüşlər keçirilmişdir.


Təhsil sahəsində böyük fədakarlıq və məsuliyyətlə çalışan xanım müəllimlərin və məktəb əməkdaşlarının cəmiyyətin inkişafında, gənc nəslin formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, onlar yalnız bilik verən deyil, eyni zamanda yüksək mənəvi dəyərlərin daşıyıcısı, gələcəyin qurucusu olan gənclərin tərbiyəçiləridir. Qeyd olunmuşdur ki, Laçın rayon məktəblərində fəaliyyət göstərən xanım müəllim və əməkdaşlar öz peşəkarlıqları, sədaqətləri və əzmkarlıqları ilə təhsil sisteminin inkişafına dəyərli töhfələr verirlər. Onların gərgin zəhməti, məsuliyyətli fəaliyyəti və humanist yanaşması hər zaman yüksək qiymətləndirilir.


Sonda Laçın rayonunun təhsil sahəsində yüksək nailiyyətləri olan xanım təhsil işçilərinə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ATİAHİ Laçın Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdfim edildi, səmimi qəlbdən təbrik edildi, onlara möhkəm cansağlığı, ailə səadəti və peşə fəaliyyətlərində uğurlar arzulandı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: