“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səhər yeməyi ətrafında səmimi görüş təşkil olunub.

07/03/2026, 22:17
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəb direktorları, bağça müdirləri və təhsil sektorunun əməkdaşlarının iştirakı ilə "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə səhər yeməyi ətrafında səmimi görüş təşkil olunub.


Görüşün keçirilməsində əsas məqsəd təhsil sahəsində çalışan qadınların əməyini dəyərləndirmək, onların cəmiyyətin inkişafında oynadığı mühüm rolu vurğulamaq və bayram münasibətilə onları təbrik etmək olub. Tədbirdə çıxış edən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov qadınların cəmiyyətin inkişafında, xüsusilə də təhsil sahəsində göstərdikləri fədakar fəaliyyətdən bəhs edib. Qeyd edib ki, müəllim və tərbiyəçi xanımların zəhməti gələcək nəslin formalaşmasında mühüm rol oynayır. Çıxış zamanı bütün qadınlara bayram münasibətilə xoş arzular çatdırılıb. ETİHİ Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev də qadınların təhsil sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək onların gənc nəslin savadlı, vətənpərvər ruhda yetişməsində böyük pay sahibi olduğunu qeyd edib və bütün xanımları 8 Mart münasibətilə təbrik edib. Səmimi və xoş mühitdə keçən görüşün sonunda tədbirdə iştirak edən xanımlara bayram münasibətilə gül buketləri təqdim olunub. Əziz qadınlar, "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Bayramınız mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: