Xəbərlər
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailə üzvləri ziyarət olunub

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ittifaq üzvümüz olan şəhid analarını və 65 illik yubileyini qeyd edən şəhid bacısını çalışdıqları təhsil müəssisələrində ziyarət edərək onları səmimi şəkildə təbrik etdik. Bayram münasibətilə onlara gül dəstələri və hədiyyələr təqdim olundu.
Ömrünü ölkəmizin təhsilinin inkişafına həsr edən, gənc nəslin savadlı, vətənpərvər və layiqli vətəndaş kimi formalaşmasında böyük xidmətləri olan müəllimlərimizi daim diqqətdə saxlamaq ETİHİ Xətai Rayon Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir.
Eyni zamanda şəhid analarına və şəhid ailələrinin üzvlərinə hörmət və qayğı göstərmək hər birimiz üçün həm mənəvi borc, həm də vətəndaşlıq məsuliyyətidir.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xanımlarını, eləcə də ETİHİ Xətai Rayon Komitəsinin ittifaq üzvü olan bütün xanımları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində uğurlar arzulayırıq.







