“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailəsi ziyarət olunub.

05/03/2026, 19:31
xeber1

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ Kəlbəcər Rayon Komitəsinin müdiri Şəlalə Məmmədova və komitənin mühasibi Mənzər İsmayılova Vətən uğrunda canından keçmiş şəhid İsmayıl Qabilovun həyat yoldaşı Kəlbəcər rayon 22 nömrəli tam orta məktəbdə pedaqoq kimi fəaliyyət göstərən Nəsibə Qabilovanı ziyarət ediblər.


Görüş zamanı şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub, onun Vətən yolunda göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağı bildirilib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının hər zaman dövlətimizin və cəmiyyətimizin əsas mənəvi borcu olduğu vurğulanıb.


Ziyarət zamanı Nəsibə Qabilovaya Fəxri Fərman və hədiyyə təqdim olunaraq, səmimi söhbət zamanı ona möhkəm cansağlığı, səbir və xoş günlər arzu olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: