Xəbərlər
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi
Bərdə rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən tədbir keçirilib.
Tədbir çay süfrəsi ətrafında səmimi və xoş atmosferdə təşkil olunub. Tədbirdə çıxış edən komitə sədri Misir Ənvərli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi adından ittifaq üzvlərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Çıxış zamanı qadınların cəmiyyətin inkişafında, xüsusilə təhsil sahəsində göstərdikləri böyük xidmətlər vurğulanıb.
Sonda ittifaq üzvlərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq!









