“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

05/03/2026, 19:26
xeber1

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ETİHİ Kəlbəcər Rayon Komitəsinin təşkilatçılığı ilə Ağdam rayon 1 nömrəli tam orta məktəbdə bir qrup qadın təhsil işçisi ilə görüş keçirilib.


Görüşdə ETİHİ Kəlbəcər Rayon Komitəsinin müdiri Şəlalə Məmmədova, komitənin mütəxəssisi Zahid Kazımov və mühasib Mənzər İsmayılova iştirak ediblər. Tədbirdə Mingəçevir, Yevlax, Bərdə və Tərtər rayonlarında fəaliyyət göstərən Kəlbəcər məktəblərində çalışan, Sertifikasiya imtahanlarında yüksək nəticə əldə edən qadın müəllimlər bir araya gəliblər.


Görüş zamanı çıxış edən ETİHİ Kəlbəcər Rayon Komitəsinin müdiri Şəlalə Məmmədova qadınların cəmiyyətin inkişafında, xüsusilə də gənc nəslin yetişdirilməsində mühüm rol oynadığını vurğulayaraq, onların əzmkarlığının və zəhmətinin hər zaman yüksək qiymətləndirildiyini qeyd edib. O, bütün qadın təhsil işçilərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.


Sonda tədbirdə iştirak edən qadın təhsil işçilərinə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fəxri Fərman və hədiyyə təqdim edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: