“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

07/03/2026, 13:47
xeber1


06.03.2026-cı il tarixində Qəbələ rayonu üzrə Təhsil Sektorunun və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil müəssisələrinin qadın rəhbərləri ilə tədbir təşkil olunub.

Tədbirdə çıxış edənlər qadınların cəmiyyətdə, xüsusilə də təhsil sahəsində göstərdikləri fədakar əməyin əhəmiyyətindən bəhs edərək, onların ölkəmizin inkişafında mühüm rol oynadıqlarını vurğulayıblar. Bildirilib ki, Azərbaycan qadınları hər zaman öz bilik və bacarıqları ilə cəmiyyətin müxtəlif sahələrində, o cümlədən təhsildə böyük uğurlara imza atırlar.

Sonda qadın təhsil işçiləri bayram münasibətilə təbrik olunub, onlara xoş arzular çatdırılıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: