Xəbərlər
8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhərində yerləşən Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin müdiri Şəlalə Məmmədova, komitənin mütəxəssisi Zahid Kazımov, mühasib Mənzər İsmayılova, həmçinin Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin direktoru Aidə Əhmədova iştirak etmişlər.
Görüşdə Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən Kəlbəcər məktəblərinin sertifikasiya imtahanlarında yüksək nəticə əldə etmiş bir qrup qadın müəllim və direktorlar iştirak etmişdir.
Tədbirdə çıxış edən ETİHİ Kəlbəcər Rayon Komitəsinin müdiri Şəlalə Məmmədova bütün xanım müəllimləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Qadınların cəmiyyətimizin inkişafında, xüsusilə də təhsil sahəsində oynadıqları mühüm və əvəzsiz roldan geniş bəhs etmişdir. Təhsil sahəsində uğurlu fəaliyyət göstərən xanım müəllimlərin zəhməti xüsusi qeyd olunmuş, onların gənc nəslin yetişdirilməsində göstərdikləri xidmətlər yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda müəllimlər ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələr ilə təltif olunmuş, onların təhsil sahəsində göstərdikləri zəhmət, peşəkarlıq və gənc nəslin yetişdirilməsindəki xidmətləri yüksək dəyərləndirilmişdir.













