“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

06/03/2026, 12:23
xeber1

 Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin təşkilatçılığı və Oğuz rayon Təhsil sektoru ilə birgə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 06 mart 2026-cı il tarixində tədbir keçirilmişdir.

Tədbirdə Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, şəhid ailələri və ittifaq üzvləri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin müəllimi Günel Həmidova və Xaçmaz kənd Vüqar İbrahimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Cahan Məmmədli Azərbaycan qadınlarının cəmiyyətdə yeri və rolu mövzusunda çıxış etmişlər.

Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev və ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov ittifaq üzvlərini təbrik edərək onlara səmimi arzularını çatdırmışlar.

İttifaq üzvləri çıxış edərək ETİHİ Respublika Komitəsinin rəhbərliyinə və ETİHİ Oğuz rayon komitəsinə öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə bir qrup təhsil işçilərinə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur. Sonda xatirə şəkilləri çəkilmişdir.

Bayramınız mübarək, əziz qadınlar!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: