“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Tovuzda şəhid anaları ziyarət olunub

06/03/2026, 12:01
xeber1

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Tovuzda şəhid anaları ziyarət olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon komitəsinin sədri 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ucqar dağ kəndlərində yaşayan şəhid analarını ziyarət edib. Görüşlər zamanı Vətən uğrunda övladlarını qurban vermiş analara dərin ehtiram ifadə olunub, onların mərdliyi, dözümlülüyü və vətənpərvər ruhu yüksək qiymətləndirilib.

Ziyarət zamanı şəhid analarına bayram təbrikləri çatdırılıb, onların qayğı və diqqətlə əhatə olunmasının hər zaman həmkarlar ittifaqları üçün mənəvi borc kimi qəbul edildiyi vurğulanıb. Şəhid analarının müqəddəs amal uğrunda böyütdüyü qəhrəman övladların xatirəsi xalqımızın qəlbində daim yaşayır və böyük ehtiramla anılır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: