“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə turnir

09/03/2026, 22:25
xeber1

6 mart 2026-cı il tarixində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba rayon komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş qadın təhsil işçiləri arasında stolüstü tennis idman növü üzrə turnir keçirilmişdir. Yarışda Qumru Məmmədova — Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi, Vüsalə Kərimova — Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba rayon komitəsinin sədri, həmçinin rayonun müxtəlif ümumtəhsil müəssisələrində çalışan qadın təhsil işçiləri iştirak etmişlər.

Turnirin sonunda qaliblər diplom və hədiyyələrlə təltif olunmuşlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: