Xəbərlər
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım üzvlərimiz təbrik edildi
06/03/2026, 14:55

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi tərəfindən Beynəlxalq 8 Mart – Qadınlar Günü münasibətilə ittifaq üzvü olan xanımlar üçün tədbir təşkil olunmuşdur. Tədbirdə xanımlar bu əlamətdar gün münasibətilə səmimi təbrik edilmiş, onlara xoş arzular çatdırılmışdır. Şəhər Komitəsi tərəfindən ittifaq üzvü olan xanımlara qiymətli hədiyyələr və gül dəstələri təqdim edilmişdir. Tədbir xoş və səmimi atmosferdə keçmişdir.











