Xəbərlər
8 Mart – Beynəlxalq Qadınlar Günü Xəzər rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunub.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsi tərəfindən rayonun 70 İlk Həmkarlar təşkilatında çalışan və ittifaqın sıralarında birləşən 4950 nəfər xanım üzvə yüksək ehtiram və xüsusi diqqət göstərilmişdir.
Komitənin sədri Həzərxan Əbilov Vəli oğlunun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bu nəcib addım elm və təhsil sahəsində fədakarlıqla çalışan, gələcəyimizin formalaşmasında mühüm rol oynayan xanımların əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir.
Tədbir çərçivəsində ittifaq üzvü olan xanımlar səmimi təbriklərlə qarşılanmış, onlara xoş arzular çatdırılmış və bayram münasibətilə Şərf "Kəlağayı" hədiyyələri təqdim olunmuşdur. Bu diqqət və qayğı həmkarlar ittifaqının üzvlərinə göstərdiyi sosial dəstəyin, həmrəyliyin və dərin hörmətin ifadəsi kimi böyük rəğbətlə qarşılanmışdır.
Elm və təhsil sahəsində çalışan xanımların peşəkarlığı, məsuliyyəti, yüksək mənəvi dəyərlərə sadiqliyi və gənc nəslin yetişdirilməsində göstərdikləri əvəzsiz xidmətlər xüsusi vurğulanmış, onların cəmiyyətimizin inkişafındakı rolu təqdir edilmişdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsi bundan sonra da üzvlərinin sosial rifahının yaxşılaşdırılması, onların əməyinin qiymətləndirilməsi və mənəvi motivasiyasının artırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini bir daha bəyan etmişdir.
Bayram münasibətilə bütün xanımlara möhkəm cansağlığı, ailə səadəti, işlərində yeni uğurlar və daim yüksələn nailiyyətlər arzu olunur.


















