“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

06/03/2026, 15:47
xeber1

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov çıxış edərək qadınların cəmiyyət həyatında tutduğu mühüm mövqedən, onların tarix boyu göstərdiyi fədakarlıqdan və Azərbaycan qadınının yüksək mənəvi dəyərlərindən bəhs edib. O bildirib ki, qadınlar ailənin mənəvi dayağı olmaqla yanaşı, dövlət quruculuğunda, təhsil sahəsində, elm və mədəniyyət mühitində mühüm xidmətlər göstərir. Bu gün qadınlarımızın fəallığı ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Çıxış edənlər Qubadlı rayon Təhsil Sektorunun müdiri Müşfiq Hüseynov, ETİHİ-Qubadlı rayon Komitəsinin sədri Möhlət Orucov və Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov bütün xanımları bayram münasibətilə səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, işlərində yeni uğurlar və firavan həyat arzulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: