“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Mart münasibətilə bir qrup təhsil işçiləri təltif olundu

06/03/2026, 11:51
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlərə start verilib.

Tədbirlər çərçivəsində təhsil müəssisələrində çalışan qadınların əməyinin qiymətləndirilməsi və onların cəmiyyətin inkişafındakı rolunun vurğulanması məqsədilə müxtəlif görüşlər və təltifetmə mərasimləri təşkil olunur.

Silsilə tədbirlər çərçivəsində Yasamal rayonunda yerləşən 53 nömrəli tam orta məktəbdə də bir qrup müəllim əməyinə verilən yüksək qiymət nəzərə alınaraq təltif olunub. Onlara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: