Xəbərlər
8 may 2026-cı il tarixində Qazma kənd 1 nömrəli tam orta məktəbində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məktəbin direktoru Elçin Musayevin və ETİHİ Balakən rayon komitəsinin sədri Ramazan Molulovun iştirakı ilə 7 və 8-ci sinif şagirdləri arasında intellektual mübarizə baş tutub.

8 may 2026-cı il tarixində Qazma kənd 1 nömrəli tam orta məktəbində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məktəbin direktoru Elçin Musayevin və ETİHİ Balakən rayon komitəsinin sədri Ramazan Molulovun iştirakı ilə 7 və 8-ci sinif şagirdləri arasında intellektual mübarizə baş tutub. Yarışda "Əsrin lideri", "Əbədi işıq", "Ulu öndər" və "İşıqlı yol" komandaları öz biliklərini nümayiş etdiriblər. Yarışın qalibləri 7A və 8A sinifləri olub.
Tədbirdə ETİHİ Balakən rayon komitəsinin sədri Ramazan Molulov qalib gələn komanda üzvlərinə qiymətli hədiyyələr təqdim edib.
Eyni zamanda, məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Gülşən İsmayılova təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Həmkarlar İttifaqı tərəfindən diplomla təltif olunub. Gülşən müəlliməni və bütün qalibləri ürəkdən təbrik edirik






