Xəbərlər
8 Noyabr - Zəfər günü
25/11/2025, 16:46
01 Noyabr 2025-ci il tarixində ETİHİ Zəngilan Rayon Komitəsinin təşkilatı olan Zəngilan rayon 5 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günü - Zəfər günü münasibətilə geniş tədbir keçirildi. Məktəblilərin ifasında vətənpərlik ruhunda şəhidlərə həsr edilən şeirlər, musiqi parçaları ifa olundu. Zəngilan rayon 5 nömrəli tam orta ümumtəhsil məktəbinin və Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı sayəsində hazırlanmış Zəfər gününə həsr olunmuş rəsm əsərləri və əl işlərindən ibarət sərgi stendlərinə baxış keçirildi.



