“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr - Zəfər günü

06/11/2026, 17:48
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin nəzdində olan ilk təşkilatlarda sil-silə tədbirlər keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəfər Gününün xalqımızın tarixindəki mühüm əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edilib. Vətən müharibəsində əldə olunan Zəfərin gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynadığı vurğulanıb.

Daha sonra tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam edib. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi və səhnəciklər təqdim olunub.

Qeyd edək ki, tədbirlərin əsas məqsədi şagirdlərdə Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə bağlılıq və qəhrəmanlıq tariximizə hörmət hissinin gücləndirilməsi olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: