“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr - “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib. ---

13/11/2025, 11:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İmişli rayon komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.

---

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən İmişli rayon komitəsinin sədri Kərim Kərimov tarixi Zəfərdən, Azərbaycan Ordusunun qəhrəmanlığından və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış möhtəşəm uğurlardan söz açıb. Bildirdi ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan xalqının birliyinin, iradəsinin və milli ruhunun parlaq təcəssümüdür. Qələbənin Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq gələcək nəsillərin xatirəsində əbədi yaşayacağını bildiriblər.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağdakı separatçı rejimə və qeyri-qanuni erməni silahlı qüvvələrinə qarşı apardığı 24 saata yaxın lokal xarakterli antiterror əməliyyatının növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm Zəfəri ilə nəticələndiyini qeyd ediblər.

Şəhid ailələrinin üzvləri bu cür tədbirlərin keçirilməsini onların övladlarının xatirəsinə olan dərin hörmətin göstəricisi kimi dəyərləndiriblər və diqqətə görə minnətdarlıqlarını bildiriblər.sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirildi.

#MilMuğanRTİ #ETIHI#Məktəb #Müəllim #ZəfərGünü

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: