Xəbərlər
8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş voleybol turniri keçirilib

23 oktyabr 2025-ci il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı, həmçinin 121 nömrəli tam orta məktəbin dəstəyi ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə orta ümumtəhsil məktəblərinin təhsil işçilərindən ibarət komandalar arasında voleybol üzrə turnir təşkil olunub.
Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirdə 10 orta ümumtəhsil məktəbinin komandası iştirak edib. Nəticələr aşağıdakı kimi müəyyənləşib:
I yer – 121 nömrəli tam orta məktəbin komandası
II yer – 218 nömrəli tam orta məktəbin komandası
III yer – 149 nömrəli tam orta məktəbin komandası
Qalib komandalar diplom, medal və kuboklarla təltif olunublar.







