Xəbərlər
8 Noyabr – Zəfər Günü

8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam rayon Rzalar kənd tam orta məktəbində tədbir keçirildi.
Tədbirdə Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, Vətən müharibəsi iştirakçısı, Ağdam rayon Çəmənli kənd məktəbinin hərbi rəhbəri, qazi Rauf Qasımov, şəhid anaları, məktəbin kollektivi və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra çıxış edənlər – Tahir Abbasov, Tamerlan Hüseynov, Rauf Qasımov və şəhid anası Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, qəhrəman oğullarımızın vətənpərvərliyindən danışıblar.
Şəhid anasının çıxışı tədbir iştirakçılarını duyğulandırıb. O, oğlu və bütün şəhidlərimizlə qürur duyduğunu, onların qanı bahasına torpaqlarımızın azad olunduğunu bildirib.
Zəfər Günün mübarək, Azərbaycan!









