“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr – “Zəfər Günü” ərəfəsində şəhid ailələri ziyarət edilib

07/11/2026, 12:18
xeber1

8 Noyabr – Zəfər Günü ərəfəsində ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov və Qəbələ rayon təhsil sektorunun müdiri Arifə Bayramova şəhid Qarayev Məhəmməd Mahir oğlunun və şəhid Ənvərli Akişin Faiq oğlunun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub. Şəhid ailələrinin və qazilərin daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb. Ailələrə bayram sovqatları təqdim edilib, onların qayğıları ilə maraqlanılıb.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün əbədi örnək olacaqdır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: