Xəbərlər
8 Noyabr "Zəfər Günü" ilə əlaqədar məktəblərdə dama yarışları keçirildi

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə A. Mustafayev adına 202 nömrəli tam orta məktəb, S. Yolçuyev adına 207 nömrəli tam orta məktəb və 82 nömrəli tam orta məktəb müəllimləri arasında dama yarışı keçirildi.
Yarışçıların hər biri idmançı ruhu və fair-play nümayiş etdirərək maraqlı və gərgin oyunlar apardı. Məqsəd həm əməkdaşlar arasında sağlam rəqabəti gücləndirmək, həm də istirahət və ünsiyyət üçün şərait yaratmaq idi. Oyun qaydaları əvvəlcədən izah edildi, qarşılaşmalar olimpiya sistemi üzrə təşkil olundu. Gərgin mübarizənin sonunda qaliblər mükafatlandırıldı.. Tədbirin təşkilində iştirak edən hər kəsə təşəkkür edir və müəllimlərimizə gələcək işlərində uğurlar arzulayırıq!









