Xəbərlər
8-Noyabr Zəfər günü ilə əlaqədar olaraq Qazi ailələri ziyarət olunub.

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova və komitənin mühasibi Mənzər İsmayılova 44 günlük Vətən müharibəsi qaziləri, ittifaq üzvlərimiz Musayev Şirin və Həsənov Pərvinin ailəsi ziyarət olunub.
Görüş zamanı Şəlalə xanım Zəfər Gününün xalqımızın qürur və iftixar mənbəyi olduğunu bildirmişdir. Onların keçdiyi şərəfli döyüş yolundan, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan bəhs edib. O, həmçinin təhsil sahəsində çalışan qazilərə, müharibə veteranlarına və şəhid ailələrinin üzvlərinə daim hörmət və ehtiram göstərilməsini vurğulamışdır. Görüşün sonunda qazilər çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və dövlətimizə dərin minnətdarlıqlarını bildiriblər.
Bu gün hər bir azərbaycanlının qürur mənbəyi olan Zəfər xalqımızın birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümüdür.
Zəfər Günümüz mübarək!




