“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“8 Noyabr – Zəfər Günü” Kəlbəcər rayon ictimaiyyəti tərəfindən böyük qürur və sevinc hissi ilə qeyd olunub.

08/11/2026, 18:49
xeber1

Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, Kəlbəcər rayon üzrə İctimai Şuranın sədri Şaban Qurbanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. 


Tədbir çıxış edənlər bildirdilər ki, 8 Noyabr – Zəfər Günü yalnız hərbi Qələbənin qeyd edildiyi tarix deyil, həm də Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, əzminin və sarsılmaz iradəsinin təntənəsidir. 

Bu Zəfər təkcə tarixi Qələbə deyil, xalqımızın əyilməz iradəsinin, Vətən sevgisinin və gələcək nəsillərə ötürüləcək milli qürurumuzun əbədi təcəssümüdür.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: