“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr Zəfər Günü münasibəti ilə müəllimlərarası şahmat yarışı

26/10/2025, 14:03
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin ,Təhsil Sektorunun və Uşaq Gənclər Şahmat İdman məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş müəllimlərarası şahmat yarışı keçirilib İlk öncə ölkəmizin qurucusu,Ulu Öndər Heydər Əliyevin və 44 günlük vətən müharibəsində şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra tədbir Azərbaycan Respublikası Dövlət himni ilə davam edildi.Giriş nitqi ilə çıxış edən ETİHİ Ağcabədi Rayon Komitə sədri Arzu Niftalıyeva bildirdi ki, Uzun illər işğal altında olan torpağlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun ‘’44 Günlük vətən müharibəsinin Zəfər Qələbəsi ilə yekunlaşması bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan ordusu çox güclüdür’’çıxışdan sonra yarışa start verildi . “8 Noyabr – Zəfər Günü” münasibətilə orta ümumtəhsil məktəblərinin təhsil işçilərindən ibarət şahmat üzrə yarış maraqlı və gərgin mübarizə şəraitində keçdi.

I-yer M. Həsənov adına Rəncbərlər kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Məmmədova Nigar Cavanşır qızı .

Il-yer UGİ Mərkəzinin müəllimi Rüstəmov Zakir İdayət oğlu

lll-yer Şəhər 9 saylı tam orta ümumtəhsil məktəbinin drektoru Quliyev Rizvan Yusif oğlu oldu. Sonda qalib şahmatçılara hədiyyələr təqdim olundu və xatirə fotosu çəkildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: