“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam rayon 14 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyində bayram tədbiri keçirilib

08/11/2026, 11:04
xeber1

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, Ağdam Musiqi Kollecinin direktoru Fehruz Səxavət, Ağdam Rayon İcra Hakimiyyətinin Birinci Dördyol qəsəbəsi üzrə nümayəndəsi Xətayi Abdullayev, şəhid ailələri, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən danışıb, xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik ediblər.

Tədbir daha sonra Zəfər Gününə həsr olunmuş musiqi nömrələri və bədii çıxışlarla davam edib.

Zəfər Günümüz mübarək! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: