“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“8 Noyabr – Zəfər Günü” münasibətilə Astara rayon şahmat turniri təşkil olundu.

06/11/2025, 19:56
xeber1

6 noyabr 2025-ci il tarixində Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “8 Noyabr – Zəfər Günü” münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi, Astara rayonu üzrə təhsil sektoru və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat üzrə Astara rayon turniri keçirilib.

Bu turnir həm gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, həm də Zəfər Gününün tarixi əhəmiyyətinin təbliğinə xidmət edib. Eyni zamanda, şahmat idman növünün məktəblilər arasında geniş yayılmasına və inkişafına töhfə verib.

Yarışın qalibləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən hədiyyə, diplom və medallarla təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: