Xəbərlər
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində tələbələr arasında şahmat və dama yarışları təşkil olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində tələbələr arasında şahmat və dama yarışları təşkil olunub.
Yarışların keçirilməsində əsas məqsəd tələbələrin intellektual potensialının, məntiqi təfəkkürünün və strateji düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda Zəfər Gününün mahiyyətinin gənclər arasında təbliğ olunması olub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların sonunda qalib iştirakçılar müəyyənləşdirilərək müvafiq təşəkkürnamələrlə təltif olunublar.
Zəfər ruhu, zəka və qələbə əzmi ilə! 🇦🇿






