Xəbərlər
“8 Noyabr – Zəfər Günü” münasibətilə ETİHİ İsmayıllı Rayon Komitəsi,İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat idman növü üzrə İsmayıllı rayon turniri keçirilib.

5 noyabr 2025-ci il tarixində Uşaq-Gənclər İdman Şahmat Məktəbində “8 Noyabr – Zəfər Günü” münasibətilə ETİHİ İsmayıllı Rayon Komitəsi,İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə məktəblilər arasında şahmat idman növü üzrə İsmayıllı rayon turniri keçirilib.
🔷Turnirin əsas məqsədi — gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Zəfər Gününün tarixi əhəmiyyətinin təbliği, eləcə də şahmat idman növünün məktəblilər arasında inkişaf etdirilməsi olub.
Yarışın qalibləri təşkilatçılar tərəfindən diplom və medallarla təltif edildilər


















