“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“8 Noyabr – Zəfər Günü” münasibətilə məktəblilər arasında voleybol turnirləri keçirildi

30/10/2025, 23:50
xeber1

28 və 30 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə orta ümumtəhsil məktəbləri arasında voleybol üzrə Xəzər rayon turnirləri keçirildi.


28 oktyabr tarixində keçirilən turnirdə qızlardan ibarət komandalar maraqlı və gərgin mübarizə şəraitində yarışdılar. Turnirdə 9 orta ümumtəhsil məktəbinin komandası iştirak etdi və qaliblər aşağıdakı kimi müəyyənləşdi:

🥇 I yer – 230 nömrəli tam orta məktəbin komandası

🥈 II yer – 156 nömrəli tam orta məktəbin komandası

🥉 III yer – 121 nömrəli tam orta məktəbin komandası


30 oktyabr tarixində isə oğlanlardan ibarət komandalar arasında voleybol üzrə Xəzər rayon turniri keçirildi. Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdi:

🥇 I yer – 117 nömrəli tam orta məktəbin komandası

🥈 II yer – 237 nömrəli tam orta məktəbin komandası

🥉 III yer – 156 nömrəli tam orta məktəbin komandası


Hər iki turnirdə qalib gələn komandalar diplom, medal, kubok və hədiyyələrlə təltif olundular.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: