Xəbərlər
8 Noyabr Zəfər Günü münasibətilə tədbir keçirildi.

8 Noyabr Zəfər Günü münasibətilə Qiyaməddinli kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirildi. Tədbirdə şagirdlər,müəllimlər,valideynlər və şəhid ailələri iştirak etdilər.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpağlarımızın bütövlüyü uğurunda canlarını qurban vermiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Çıxış edən məktəb direktoru Quliyev Pərviz tədbir iştirakçılarını 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib.Tədbir bədii hissə ilə davam etdi. “Vəzifə öhdəliyini layiqincə yerinə yetirdiyinə görə”bir neçə müəllimlərə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim edildi. Sonda xatirə şəkili çəkildi.












